Tesla avtomobili öz litiumunu təmizləyəcək və emal edəcək
Dünyaca məşhur iş adamı, "Tesla" avtomobil şirkətinin sahibi İlon Mask Texasda litiumun təmizlənməsi və emal edilməsi üçün zavod qurmağı planlaşdırır.
Mask 2024-cü ilə qədər Texasda fabrik açmağı planlaşdırır və burada ildə 1 milyon avtomobil üçün litium təmizləyib emal edəcək. Tamamlandıqdan sonra fabrik Şimali Amerikanın ən böyük litium istehsalı müəssisəsi olacaq. Litium batareyanın əsas komponentidir. Burada litiumun emalı planlaşdırılır. Mask bunu öz elektrikli avtomobillərindəki satış hədəflərinə çatmaq üçün bir zərurət olaraq görür. O, fabrikin təməlqoyma mərasimində deyib: "Batareyalarda litiumun olması elektrik avtomobillərinin geniş yayılması üçün kritik bir maneədir".
Bəzi ətraf mühit müdafiəçilərinin narahatlığına cavab verən Mask, "Burada aparılan əməliyyatlar təmiz əməliyyatlardır. Siz neft emalı zavodunun ərazisində yaşaya bilərsiniz və heç bir sağlamlıq probleminiz yoxdur" - deyə əmin edib.
Bu addımla "Tesla" Şimali Amerikada öz litiumunu təmizləyən yeganə böyük avtomobil istehsalçısı olacaq. Bu gün Çin bir çox kritik mineralların, o cümlədən litiumun emalında üstünlük təşkil edir.
Mask daha əvvəl Nevadadakı gil yataqlarından litium istehsal etmək üçün 10.000 akr torpaq almışdı, lakin bu əməliyyat hələ başlamayıb.
"Tesla" ilə yanaşı, İlon Maskın Texasda "SpaceX" və "The Boring Company" daxil olmaqla digər şirkətləri də fəaliyyət göstərir.