Ayılar yayla evlərini qarət etdilər - VİDEO


Türkiyənin Rizə vilayətində Çamlıhemşin rayonundakı yaylada ac ayılar evləri qarət ediblər.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir vətəndaş qarşısına ayı çıxa bilər deyə qarət edilən evə "Salam ayı dayı" deyərək daxil olub. Hadisə Çamlıhemşin rayonu Boğaziçi yaylasında baş verib.

Ac qalıb yemək axtarmaq üçün çölə çıxan ayılar yayladakı evlərə girib. 7 evə girən ayılar evdə qarşılarına keçən hər şeyi sındırıb dağıdıblar. Hadisəni ilk olaraq Ahmet Kuş adlı sakin görüb. O, ayıların evlərə soxulduğunu gördükdə səs-küy salıb. Kuş həmin anları mobil telefon kamerası ilə də lentə alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu