İlham Əliyev üçtərəfli görüş üçün Moskvadadır


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfərə gedib.


İlham Əliyevi Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu