Bayden dövlət borcu məsələsində büdrəmələrin olmadığını söylədi


ABŞ prezidenti Co Bayden ölkədə defoltun qarşısını almaq üçün milli borc tavanının artırılması məsələsində büdrəmələrin qalmadığını bildirib.

Jurnalistlərin maneələrin olması ilə bağlı sualını cavablandıran Amerika lideri belə "Xeyir" cavabını verib. Bayden bütün detalların dəqiqliyinə əmin olmaq üçün ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə telefonla əlaqə saxlamaq niyyətində olduğunu da təsdiqləyib.

Xatırladaq ki, apreldə Kevin Makkarti ABŞ-ın dövlət borcunu məsuliyyətli hərəkətlərin olmaması səbəbindən partlayacaq tıqqıltı bombasına bənzətmişdi. Onun fikrincə, ABŞ prezidenti bu problemi həll etmək üçün “heç nə etməyib”.

O, Ağ Evin təqdim etdiyi ölkənin 2024-cü maliyyə ili üçün büdcə layihəsini də qeyri-ciddi adlandırıb. Bildirib ki, yüksək borc inflyasiya yaradır.

Mənbə:TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu