Bayden ABŞ-ın borc tavanını artırmaq üçün qanun layihəsini imzalayıb


ABŞ prezidenti Co Bayden ölkənin dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsini imzalayıb.


TASS-ın məlumatına görə, prezidentin imzaladığı 2023-cü ilin maliyyə məsuliyyəti haqqında qanun dövlət borcunun limitini 2025-ci il yanvarın 1-dək dayandırır və dayandırma müddətində verilən öhdəlikləri yerinə yetirmək üçün 2025-ci il yanvarın 2-dən limiti artırır.

Bundan əlavə, qanun yeni ixtiyari xərc limitləri müəyyən edir, müəyyən federal proqramlar üçün iş tələblərini genişləndirir, ətraf mühitə baxış proseslərini dəyişdirir, federal tələbə kreditlərinin dayandırılmasını və digər tədbirləri aradan qaldırır.

Ağ Evin məlumatına görə, Amerika lideri Konqres liderlərinə bu sənədin qəbulunda tərəfdaşlıq etdiklərinə görə təşəkkür edib.

Qeyd edək ki, ötən həftə Bayden qanunvericilərlə ölkədə defoltdan qaçacaq prinsipial razılıq əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu