Türkiyə Kosovoya xüsusi təyinatlılar göndərir

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, Türkiyə xüsusi təyinatlıları NATO-nun tələbi ilə Kosovoya gedəcək.
AFN.az xəbər verir ki, bu barədə hərbi bəyanatda qeyd edilib. Bildirilib ki, türk komandoları NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının tələbi ilə Kosovoya gedəcək və onlar NATO qüvvələri üçün ehtiyat birlik kimi xidmət edəcək.
Hərbi bəyanatda qeyd edilir ki, Türkiyə Balkanlarda baş verən hadisələri diqqətlə izləyir.