Türkiyə NATO çərçivəsində iki xüsusi təyinatlı batalyonun Kosovoya göndərildiyini açıqlayıb

Türkiyə Müdafiə Nazirliyi Şimali Atlantika Alyansının tələbi ilə xüsusi təyinatlı batalyonunun Kosovoya təhvil verilməsinin başa çatdığını elan edib.
AFN.az bu barədə yerli mediaya istinadən xəbər verir. Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının A-400M təyyarəsi Kosovoda xidmət edəcək 65-ci mexanikləşdirilmiş piyada briqadasının komando batalyonunun yerləşdirilməsi çərçivəsində ikinci və üçüncü qrup uçuşlarını uğurla həyata keçirib", - deyə Türkiyə MN-in açıqlamasında qeyd edilir.