NATO tarixində ən böyük hava təliminə başlayır


NATO 12-23 iyun tarixlərində Almaniyanın ev sahibliyi ilə Avropa hava məkanında 25 ölkədən 250 təyyarə və 10 min personalın iştirakı ilə tarixinin ən böyük hava qüvvələri təlimi olan 'Air Defender 23'ü keçirəcək.


AFN.az xəbər verir ki, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) verdiyi açıqlamada bildirilib ki, hərbi hava qüvvələrinin yerləşdirilməsi təlimi iştirakçı ölkələr arasında əməkdaşlığın optimallaşdırılması və genişləndirilməsinə yönəlib. Təlim ssenarisinin NATO-nun 5-ci maddəsinə, yardım ssenarisinə uyğun olaraq modelləşdiriləcəyi və böhran vəziyyətində hava qüvvələrinin birgə cavab qabiliyyətinin tətbiq ediləcəyi bildirilib. Təlim zamanı Almaniyanın müxtəlif nöqtələrində 23 müxtəlif tipli təyyarələr yerləşdiriləcək. Təlimdə iştirak edən ölkələr arasında alyansa yeni qoşulan Finlandiya ilə yanaşı Türkiyə də var.

ABŞ-ın Almaniyadakı səfiri Amy Qutmann sosial media hesabında “Putinin Ukraynaya qarşı amansız müharibəsi qarşısında bu cür təlimlər həmişəkindən daha vacibdir” ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu