Nyu Yorka giriş ödənişli olacaq
Nyu York ABŞ-da şəhər mərkəzinə avtomobillə getmək üçün ödəniş tətbiq edən ilk şəhər olacaq. Manhettenə giriş haqqı 9-23 dollar arasında olacaq.
Qlobal maliyyə mərkəzi tezliklə avtomobillə şəhər mərkəzinə daxil olan hər kəsdən ödəniş alan ilk şəhər olacaq. İllərdir müzakirə edilən və Nyu Yorkluların gündəmində olan məsələyə Bayden administrasiyası da razılıq verib və iş başlanıb.
CNN İnternational-ın xəbərinə görə, avtomobil sıxlığını azaltmağı hədəfləyən tətbiq üçün yaxın zamanda rəsmi qərar veriləcək və gələn yazda tətbiq olunacaq. Şəhərin "Downtown" və ya "Aşağı Manhetten" kimi tanınan və ölkənin maliyyə kapital mərkəzi kimi tanınan ən qədim hissəsinə daxil olan nəqliyyat vasitələri bir qiymət ödəyəcək.
Hələ ki, yekun qərar açıqlanmayıb. Ancaq mətbuatda əksini tapan xəbərlərə görə, tıxacın yarandığı vaxta və nəqliyyat vasitələrinin ölçüsünə görə mərkəzə girənlər 9 ilə 23 dollar arasında pul ödəyəcəklər. Sistemin Nyu Yorkdan sonra ABŞ-ın digər şəhərlərinə də yayılacağı bildirilir.
“Mərkəzə girən pul ödəyir” sistemi Avropanın 7 şəhərində də London və Durham (İngiltərə), Stokholm və Göteborq (İsveç), Milan (İtaliya), Znaym (Çexiya) və Valletta (Malta) tətbiq olunur. Bütün dünya bu sistemi ingilislərlə birlikdə xatırlasa da, həyata keçirilməsinin ideyası Uzaq Şərq ölkələrindən biri olan Sinqapurdur. İngilislər yerli London merlərinin Sinqapura səfərləri zamanı gördükləri “Elektron Ödəniş Sistemi” ideyasını artıq həyata keçiriblər.