ABŞ səfirliyi amerikalının Moskvada həbs olunmasına reaksiya verib

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya paytaxtında narkotik alverinə görə həbs edilmiş amerikalı Travis Leykin işini izlədiyini açıqlayıb.
Bildirilib ki, iyunun 10-da onun ittiham aktında səfirliyin əməkdaşları iştirak ediblər: "Maykl Travis Leykin-ın həbs olunduğunu və Moskvada saxlandığını təsdiqləyə bilərik”.
Onlar həmçinin vurğulayıblar ki, ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyi ABŞ-ın bütün diplomatik nümayəndəlikləri və ölkənin Dövlət Departamentinin əsas prioriteti olaraq qalır.
İyunun əvvəlində məlum olmuşdu ki, Moskvanın Xamovniçeski Məhkəməsi ABŞ vətəndaşı Travis Leyki narkotik satdığı üçün həbs edib. Həbs müddətinin avqustun 6-dək davam edəcəyi dəqiqləşib. Travis əməlini etiraf etməyib, polis əməkdaşlarına saxlanmasının səbəbini bilmədiyini izah edib.