ABŞ Şimali Koreyaya səyahət qadağasını uzadıb
ABŞ Dövlət Departamenti 2017-ci ildə qüvvəyə minən və o vaxtdan bəri hər il yenilənən Şimali Koreyaya səyahət üçün ABŞ pasportundan istifadəni qadağan edən qərarın müddətini 31 avqust 2024-cü ilə qədər uzaddığını açıqlayıb.
Dövlət Departamentinin qərarı Şimali Koreyanın nüvə və ballistik raket proqramları və Şimali Koreyaya icazəsiz və qeyri-qanuni daxil olduğu deyilən ABŞ əsgəri Travis Kinqin qeyri-müəyyən vəziyyəti səbəbindən eskalasiyanın yaşandığı bir vaxtda verilib.
Entoni Blinkenin imzaladığı sirkulyarda Şimali Koreyaya getmək istəyən Amerika vətəndaşlarına xüsusi icazə alınmadığı təqdirdə səyahət qadağasının 31 avqust 2024-cü ilə qədər uzadıldığı bildirilib.
Bu qərarın Amerika vətəndaşlarının Şimali Koreyada həbs və uzun müddətli həbs kimi risklərə məruz qala biləcəyi əsası ilə verildiyi qeyd edilib. .
Şimali Koreyaya səyahət etmək üçün ABŞ pasportundan istifadəyə qadağa 2017-ci ildə Şimali Koreyada həbsdə olarkən ağır yaralanan amerikalı tələbə Otto Varmbierin ölümündən sonra o vaxtkı dövlət katibi Reks Tillerson tərəfindən irəli sürülüb.