Yapon ordusunun poliqonunda yeni çağırışçı həmkarlarını güllələyib


Yaponiya Özünümüdafiə Qüvvələrinin iki üzvü təlim meydanında 18 yaşlı yeniyetmənin tüfənglə onlara atəş açması nəticəsində həlak olub, bir nəfər isə yaralanıb.


Bu barədə Kyodo Tsushin agentliyi yerli hakimiyyət orqanları və hərbi departamentdən alınan məlumata istinadən xəbər verib.

İnsident səhər saatlarında Honsyu adasının mərkəzi hissəsində, Qifu şəhəri yaxınlığında yerləşən quru qoşunlarının bazasında baş verib. Atışma nəticəsində bir hərbçi yerindəcə həlak olub, ikisi yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, sonradan xəstəxanada dünyasını dəyişib.

Polis silahlı şəxsin hadisə yerində tutulduğunu bildirib. Atəş nəticəsində ölənlərin 20-50 yaş arasında olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu