ABŞ ən son F-22 qırıcılarını Yaxın Şərqə göndərib


ABŞ Yaxın Şərqə 5-ci nəsil F-22 Raptor döyüş təyyarələri göndərib.


AFN.az-ın xəbərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlamasında bildirib ki, bu, Rusiyanın fəallığının artması ilə bağlıdır.

Komandanlığın rəhbəri, general Maykl Kurillanın sözlərinə görə, Rusiya tərəfi hava məkanında münaqişəli vəziyyətlərin aradan qaldırılması üçün razılaşdırılmış tədbirləri mütəmadi olaraq pozur və eskalasiya riskini artırır. "Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə sadiqik", - deyə o bildirib.

CENTCOM-un bəyanatında həmçinin deyilir ki, F-22-lər Rusiya aviasiyasının bölgədəki qeyri-peşəkar davranışı fonunda çoxtərəfli dəstək və bacarıq nümayişinin bir hissəsi kimi yerləşdirilir.

May ayında Amerikanın F-22 Raptor qırıcıları “Baltik dənizi regionunda təcavüzün qarşısını almaq üçün” Estoniyanın Amari aviabazasına operativ yerləşdirmə həyata keçirib.

F-22 Raptor beşinci nəsil çoxməqsədli qırıcıdır. O, Boeing, Lockheed Martin və General Dynamics tərəfindən hazırlanmışdır. Qırıcı qoşunları əhatə etmək, əks hava kəşfiyyatı, həmçinin düşmən təyyarələri ilə döyüşmək üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu