ABŞ-da tornado 3 nəfərin ölümünə səbəb olub: 100-ə qədər yaralı var


Cümə axşamı Texasın Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb.


AFN.az ABC-yə istinadən xəbər verir ki, onlarla yaralı var. Yaralıların sayının 75-100 nəfər arasında olduğu bildirilir. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.

Qeyd edilir ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağıdılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var. Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu