ABŞ-da tornado azı 23 nəfərin həyatına son qoyub


ABŞ-ın cənubunda baş verən tornado azı 23 nəfərin həyatına son qoyub.


Bu barədə “Report” “Sky News”a istinadən xəbər verir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində evlər dağılıb, minlərlə dinc sakin işıqsız qalıb.

Tornado Missisipi, Alabama və Texas ştatlarına daha çox ziyan vurub. Səlahiyyətlilər təhlükəli vəziyyətlə bağlı sakinlərə xəbərdarlıq edib.

Fırtına Missisipi ştatının Silver-Siti ə Rollinq-Fork şəhələrində dağıntılar yaradıb. Texasda isə saatda 100 mil sürətlə əsən iki tornado 5 nəfərin yaralanmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu