Kanadada tornado baş verdi - Ölənlər var




Kanadanın Manitoba ştatında tornado fəlakəti baş verib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, sürəti saatda 190 km-ə çatan təbii fəlakət nəticəsində bir çox ev və iş yerlərinə ziyan dəyib.

Güclü külək ağır texnikaları yüzlərlə metr uzağa tullayıb.

Fəlakət bölgəsinə cəlb edilən xilasedicilər bu saata qədər 2 nəfərin cəsədini tapıb.

Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu