İsveç Rusiyanı Avropanın təhlükəsizliyinə uzunmüddətli təhdid adlandırıb


İsveç Müdafiə Komissiyası Rusiyanı Avropanın təhlükəsizliyinə uzunmüddətli təhdid adlandırıb.


İsveç Müdafiə Komissiyası ölkənin təhlükəsizlik siyasəti ilə bağlı müdafiə naziri Paul Jonssona hesabat təqdim edib və orada Rusiyanı Avropanın təhlükəsizliyinə uzunmüddətli təhdid adlandırıb.

AFN.az xəbər verir ki, bu barədə İsveç hökumətinin saytında dərc olunmuş məlumatda deyilir.

Hesabata görə, komissiya “dünya yol ayrıcındadır” və Rusiya və Çinin qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuduğu qənaətinə gəlib. Eyni zamanda, Çin Rusiyadan fərqli olaraq, İsveç üçün birbaşa hərbi təhlükə yaratmır, lakin Pekinin hərəkətləri və artan geosiyasi rəqabət kiçik və orta dövlətlər üçün daha həssas mövqe yaradır.

Həmçinin, İsveç komissiyasının fikrincə, “Avropada genişmiqyaslı müharibə reallıqdır” və Moskva Qərblə uzunmüddətli münaqişəyə doğru gedir: “Rusiya çoxdan özünü bütün Qərb dünyası ilə münaqişədə hesab edir. Müdafiə Komissiyası Rusiyanı Avropa və İsveç üçün uzunmüddətli təhlükəsizliyə ən ciddi təhdid hesab edir".

“Nəticədə İsveçin təhlükəsizlik siyasəti köklü dəyişikliklərə məruz qalır. İsveçin yaxınlaşan NATO üzvlüyü ölkənin müdafiə və təhlükəsizlik siyasətində son 200 ildə ən böyük dəyişiklikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu