Moldova MDB sazişindən çıxdı


Moldova hakimiyyəti Müstəqil Dövlətlər Birliyi (MDB) ilə təbii və texnogen xarakterli fövqəladə halların (FH) qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair sazişi ləğv edib.

Bu barədə TASS Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə (XİN) istinadən xəbər verir.

“Sazişin denonsasiyası əməkdaşlığın bu seqmentində minimal qarşılıqlı fəaliyyət nəticəsində baş verir. Sənəd tətbiq edilmir və reallığa uyğun gəlmir”, - deyə idarədən bildirilib.

İlkin olaraq sənəd 1993-cü il yanvarın 22-də Minskdə imzalanıb. Daha sonra 2015-ci il oktyabrın 30-da Düşənbədə ona dəyişiklik edilib.

Bundan əvvəl Moldova Prezidenti Maia Sandu MDB ilə tərəfdaşlığın respublika vətəndaşları üçün sərfəli olmadığını bildirmişdi. Ölkə hakimiyyəti birlik ilə 10 uyğun olmayan sazişdən imtina etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu