Makron: "Hadisələrə müdaxilə etmək üçün daha çox polis yerləşdiriləcək"


Fransa prezidenti Emmanuel Makron ölkədə 17 yaşlı yeniyetmənin polisin atəşi nəticəsində ölməsindən sonra baş verən hadisələrə müdaxilə etmək üçün daha çox polisin cəlb olunacağını açıqlayıb.


Makron, baş nazir Elizabet Borne və daxili işlər naziri Cerald Darmanin ölkədə baş verənlərlə bağlı fövqəladə toplantıda iştirak ediblər.

Makron vəziyyəti nəzarət altına almaq üçün daha çox polisin yerləşdiriləcəyini bildirib. Fransa prezidenti 17 yaşlı Nahelin ölümündən də nümayişçilər tərəfindən sui-istifadə edildiyini iddia edib.

Macron həmçinin hadisələrlə bağlı sosial medianın zorakılığa təkan verdiyini bildirərək, “həssas məzmunun” dayandırılmasını tələb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu