Misir iyulun 13-də Sudanla həmsərhəd ölkələrin sammitinə ev sahibliyi edəcək


Misir iyulun 13-də Sudanla həmsərhəd olan ölkələrin sammitinə ev sahibliyi edəcək və Sudanın rəqib hərbi qruplaşmaları arasında böyük humanitar böhrana səbəb olan 12 həftəlik münaqişəyə son qoymaq yollarını müzakirə edəcək.


"Reuters" ölkə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sammitin məqsədi digər regional və ya beynəlxalq səylərlə əlaqələndirilməklə münaqişənin sülh yolu ilə həlli üçün qonşu dövlətlərlə səmərəli mexanizmlər hazırlamaqdır.

Aprelin 15-də Sudanın paytaxtı Xartumda başlayan döyüşlər 2,9 milyondan çox insanı, o cümlədən 700 mini qonşu ölkələrə qaçmağa məcbur edib.

Beynəlxalq Miqrasiya Təşkilatının son məlumatlarına görə, Misir sərhədini 255 mindən çox insan keçib.

Misirin Xartumda və Sudanın digər bölgələrində Çevik Reaksiya Qüvvələrinə qarşı döyüşən Sudan ordusu ilə sıx əlaqələri var.

Misir ABŞ və Səudiyyə Ərəbistanının başçılığı ilə Ciddədə keçən ay davamlı atəşkəsin əldə olunmamasından sonra pozulan danışıqlara qatılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu