Zelenskidən Ukrayna millətini təhqir edənlərin cəzalandırılması tələb olunub
Ukraynada "Ukrayna millətini təhqir etməyə görə" cinayət cəzası verilməsi ilə bağlı petisiya qeydə alınıb.
Petisiyada Zelenskidən “Ukrayna millətinə mənsub olduqları tanınan” vətəndaşları təhqir etməyə görə cinayət məsuliyyəti tətbiq etməyi xahiş ediblər.
Müvafiq müraciət dövlət başçısının saytında qeydə alınıb.
Bunun üçün cinayət məsuliyyəti və cərimə cəzasının tətbiqi təklif edilib. Həmçinin cinayəti törədən şəxslərin üç ilədək müəyyən vəzifə tutmasının məhdudlaşdırılması təklif edilib.
Müraciət müəllifi qeyd edib ki, indiyədək “Ukrayna milləti” termini qanuni olaraq rəsmiləşdirilməyib. Buna görə də o, “Ukrayna millətinə mənsub olduğu tanınan vətəndaşlar” ifadəsini işlədib.
Petisiya hələlik baxılması üçün tələb olunan 25 min səsdən 617-nin səsini toplayıb.