Cənubi Koreyada güclü yağışlar səbəbindən həyəcan siqnalı verilib


Cənubi Koreyanın paytaxtı Seul və ətrafına təsir edən leysan yağışları səbəbindən ölkə daxilində həyəcan həddi ən yüksək səviyyəyə qaldırılıb.


AFN.az "Yonhap"a istinadən xəbər verir ki, Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin açıqlamasında, meteorologiya mütəxəssislərinin yağıntıların artacağı xəbərdarlığından sonra həyəcan vəziyyətinin ən yüksək səviyyəyə qaldırıldığı açıqlanıb.

Güclü yağışlar nəticəsində 4000-ə yaxın ev işıqsız qaldığı halda, ölkə üzrə 77-si paytaxt olmaqla 136 nəfər təhlükəli ərazilərdən təxliyə edilib.

Cənubi Koreya Fəlakət və Təhlükəsizlik İdarəsi Başçılığından verilən açıqlamada gecə boyu davam edən yağışların səbəb olduğu mənfiliklər nəticəsində bir çox evin işıqsız qaldığı, səlahiyyətlilərin problemin həlli üçün çalışdığı qeyd edilib.

Açıqlamada 100-ə yaxın gəminin sahilə çıxdığı və ölkə boyu 34 reysin ləğv edildiyi, 250 hektar əkin sahəsinin su altında qaldığı bildirilib.

Digər tərəfdən, açıqlamada iyulun 11-də ölkənin cənubundakı liman şəhəri Busanda yoxa çıxan 68 yaşlı qadından hələ də xəbərin olmadığı bildirilib.

Cənubi Koreyanın baş naziri Han Duk-soo fövqəladə hallar iclasında can itkisinin qarşısının alınmasının vacibliyini vurğulayaraq, leysan yağışların vurduğu zərərin aradan qaldırılması üçün hər cür səy göstərilməsini tapşırıb.

"Bütün dövlət məmurlarını yağışlar bitənə qədər ayıq-sayıq olmağa və insan tələfatının qarşısını almaq üçün səy göstərməyə çağırıram", - deyə baş nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu