Estoniya 1,2 milyard avrodan çox silah-sursat alacaq
Yaxın illərdə Estoniya 1,2 milyard avrodan çox silah-sursat alacaq.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün hərbi inkişaf planını təsdiqləyən Estoniyanın müdafiə naziri Hanno Pevkur, növbəti dörd il ərzində 1,2 milyard avrodan çox silah-sursat alacaqlarını açıqlayıb.
O, qeyd edib ki, ölkənin milli müdafiə xərcləri ÜDM-in üç faizinə qədər yüksəlib.
Estoniya hakimiyyəti hava hücumundan müdafiə sisteminin inkişafı üçün orta mənzilli raket sistemi, eləcə də hava hücumu üçün sursat alacaq. Bundan əlavə, manevr hissələrinin mexanikləşdirilməsi həyata keçiriləcək və hökumət tərəfindən 2022-ci ildə işə salınan sursat ehtiyatlarının artırılması davam etdiriləcək.