Almaniyanın müdafiə naziri İraq səfərini təhlükəsizlik səbəbilə təxirə salıb


Almaniyanın müdafiə naziri Boris Pistoriusun sabah İraqa edəcəyi səfər təhlükəsizliklə əlaqədar olaraq ləğv edilib.

Almaniya mətbuatının Müdafiə Nazirliyinə istinad etdiyi xəbərlərə görə, Bağdaddakı İsveç səfirliyinə qarşı zorakılıqdan sonra nazirin mühafizəsinə cavabdeh olan Federal Kriminal Polis İdarəsi səfərin təxirə salınmasını tövsiyə edib və nazirlik buna əməl edib.

Bağdaddakı etirazlara və vəziyyətin daha da pisləşməsinə göz yuma bilməyəcəyi, Almaniyanın Bağdaddakı missiyasının təxirə salınması qərarının şəxsi heyəti qorumaq üçün alındığı paylaşılıb.

Müdafiə naziri Pistoriusun İraqa səfəri zamanı terror təşkilatı DEAŞ-la mübarizə aparmaq üçün yaradılan NATO bölməsində xidmət edən alman əsgərləri ziyarət etməsi və İraqın müdafiə naziri ilə görüşü planlaşdırılıb.

Pistorius səfəri ilə Almaniya ordusunun İraqdakı missiyasının mandatının uzadılmasından əvvəl yerdəki vəziyyətlə bağlı fikir əldə etməyi hədəfləyib.

Almaniyada hökumət payızda İraqdakı missiyanın mandatını uzatmaq istəyir.

90-ı Şimali İraqda, 45-i isə mərkəzdə olmaqla ümumilikdə 130 alman əsgəri İraqda xidmət edir.

Yaşıl Zonada olmayan Bağdaddakı Almaniya səfirliyi indiyədək şiddətli etirazlardan təsirlənməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu