Litva Almaniyanın ölkədə Bundesver briqadası yerləşdirmək planına müsbət reaksiya verib
Litvada əlavə alman qoşunlarının yerləşdirilməsi məqsədilə infrastrukturun maliyyələşdirilməsi Vilnüs üçün ciddi maliyyə problemidir.
Bu barədə “Der Spiegel” Almaniyanın Vilnüsdəki səfirliyi ilə federal hökumət arasında “məxfi” yazışmalara istinadən yazır.
Nəşr Almaniya səfirliyinin hərbi attaşesinin ölkədə alman briqadasının yerləşdirilməsi fonunda Litva tərəfinin maliyyələşdirmə ilə bağlı gizli narahatlığını ortaya qoyan məktubunun məzmununa istinad edib. Vilnüs öz ordusunun modernləşdirilməsinə sərmayə qoymaqda maraqlıdır və Almaniyanın müdafiə naziri Boris Pistoriusun qərarı yaxşı mənada təəccübləndirib.