Almanlar Şolzu zəif siyasətçi adlandırıblar
Dekabrda Almaniya kansleri Olaf Şolz alman siyasətçilərinin reytinqində çox aşağı düşüb.
Bu barədə “Der Spiegel” nəşri yazıb.
Almaniyanın Verian şirkəti jurnal üçün reytinq hazırlayıb. Əldə edilən məlumatlara görə, Şolz 14 faiz bəndi itirərək 20 siyasətçidən ibarət siyahının ikinci yarısına (14-cü yer) düşüb.
Bundan əlavə, hakim koalisiya nümayəndələri arasında Almaniyanın xarici işlər naziri Annalena Barbok və Almaniyanın daxili işlər naziri Nensi Feserin (hər birində mənfi dörd faiz) razılıq səviyyəsi aşağı düşüb.
Bununla belə, Almaniyanın müdafiə naziri Boris Pistoriusun reytinqi dəyişməyib. Nazir federal prezident Frank-Valter Ştaynmayerdən sonra siyahıda ikinci yeri qoruyub.