Kamran Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edilib


Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.


Bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu