İsraildə müxalifət parlamentin təsdiq etdiyi qanunu Ali Məhkəməyə verir


İsrail müxalifəti Ali Məhkəmənin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət edəcəyini açıqlayıb.


İsrail Məclisi dünəndən bəri parlament ətrafında davam edən etirazlara baxmayaraq, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Keçmiş baş nazir və ana müxalifət partiyası "Gələcək Var"ın lideri Yair Lapid qanunun qəbulundan sonra verdiyi açıqlamada İsrail dövlətinin demokratik quruluşunun ləğvi və qanunun hazırlandığı Parlament Komissiyasında qeyri-demokratik tətbiqlər qarşısında qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət edəcəklərini bildirib. "Biz təslim olmayacağıq, mübarizəmizin nə vaxt bitəcəyinə onlar qərar verə bilməyəcəklər", - deyə Lapid deyib.

Məhkəmə tənzimləmə müzakirələri zamanı verdiyi açıqlamalarla müxalifətin reaksiyasına səbəb olan ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben-Qvir, qanunun qəbulunun bundan sonra bir az daha demokratikləşən İsrail üçün yaxşı xəbər olduğunu söyləyib.

Ben-Qvir hökumətin bu gün qəbul etdiyi qanunun yalnız başlanğıc olduğunu ifadə edərək, hökumətin məhkəmə sistemini tənzimləməyə davam edəcəyi mesajını verib.

İsrail mərkəzli qeyri-hökumət təşkilatı "Keyfiyyətli İdarəçilik Hərəkatı" hökumətin Ali Məhkəmənin nəzarətini ortadan qaldıran qanunun ləğvi üçün Ali Məhkəməyə müraciət etdiyini bildirib.

Hərəkat tərəfindən yayılan yazılı bəyanatda iddia edilib ki, qanun ölkədə idarəetmə formasını kəskin şəkildə dəyişdirdiyi və güclər bölgüsü balansını pozduğu üçün qeyri-qanuni hesab edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu