Parklanma pulunu yalnız kartla verə biləcəksiz


"Parklanmaların ödənişləri yalnız nağdsız formada olacaq".


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O qeyd edib ki, qısamüddətli parklanmaya ehtiyacı olan vətəndaşlar mərkəz və maraq dairəsi olan ərazilərdə yer tapa bilmirlər: "Yeni "AzParking" mobil tətbiqi istifadəyə verildikdən sonra daha çox əhali qısamüddətli parklanmadan istifadə edə biləcək. Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında bölgü ədalətli nisbətdə olacaq. Əlbəttə, bütün proseslərin tam icrası üçün müəyyən zamana ehtiyac var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu