"Adidas" Rusiyadakı mağazalarını satdı


İdman geyimləri və ayaqqabı markası "Adidas" Rusiyada qalan mağazalarından xilas olmaq qərarına gəlib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Brendin baş direktoru Bjorn Gülden şirkətin ölkədəki satış nöqtələrini bağlamaq prosesində olduğunu deyib: "Bizim 100-ə yaxın mağazamız var ki, onlar işləmir və təbii ki, onlar bazara təklif olunub".

Onun sözlərinə görə, onlar fiziki şəxslərə satıla və ya subicarəyə verilə bilər. "Bunun üçün son tarix yoxdur, amma indi kirayə haqqını ödəyirik. Ona görə də bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır", - Gülden bildirib.

May ayında "Adidas"ın Rusiyaya mümkün qayıdışı ilə bağlı məlum olub. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəis müavini Viktor Evtuxov bildirib ki, hazırda brendin mağazalarının işinin bərpası ilə bağlı danışıqlar aparılmır. Eyni zamanda o, şirkətin Rusiya bazarına qayıtmasının mümkün olduğunu qeyd edib.

"Adidas", "Nike" və "Puma" kimi digər idman geyim markaları ilə birlikdə ölkədəki fəaliyyətini dayandırıb. Yerli geyim brendinin sahibi “Yamal” boş qalan yeri doldurmağa hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu