Şimali Avropadakı hava şəraiti səbəbindən bir çox ölkədə nəqliyyatın işi dayanıb

Şimali Avropada Baltik dənizi regionunda fırtınalı hava təyyarələrin gecikməsinə və bərə reyslərinin dayanmasına səbəb olub.
Latviyada küləyin sürəti saatda 108 kilometrə çatması nəticəsində ağaclar aşıb.
Şimali Avropada fırtınalı havanın təsirli olduğu ölkələrdə bir çox bərə reysləri ilə bərabər, uçuşlar da təxirə salınıb.
Danimarkanın paytaxtı Kopenhagendə yanğınsöndürmə idarəsi əhaliyə park və meşələrdən uzaq durmaq barədə xəbərdarlıq edib və güclü küləyin ağacları aşırması riskini artırdığını açıqlayıb.
Norveçin cənubunda səlahiyyətlilər güclü yağış və daşqınlar səbəbindən meteoroloji xəbərdarlıqları ən yüksək səviyyəyə qaldırıb.