ÜST: Sudanda əhalinin 40 faizindən çoxu aclıqdan əziyyət çəkir


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Çebreyesus, münaqişələrin davam etdiyi Sudanda əhalinin 40 faizindən çoxunun aclıq məngənəsində olduğunu və bu rəqəmin 2022-ci ilin may ayından bu yana iki dəfə artdığını açıqlayıb.


ÜST-nin həftəlik mətbuat konfransında o, cari sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr edib.

Aprel ayında başlayan qarşıdurma səbəbiylə Sudanda humanitar vəziyyətin pisləşməsindən çox narahat olduqlarını ifadə edən Çebreyesus, "Sudan əhalisinin 40 faizindən çoxu aclıqdan əziyyət çəkir. Bu rəqəm keçən ilin may ayından bu yana iki dəfə artıb" - deyə qeyd edib.

Sudanın dərman, tibbi ləvazimat, elektrik və suya çıxış imkanlarının məhdud olduğunu qeyd edən Çebreyesus münaqişədən təsirlənən dövlətlərdə səhiyyə xidmətlərinin göstərilməsində çətinliklərin olduğunu qeyd edib.

Digər tərəfdən, Çebreyesus, Efiopiyanın şimalında yerləşən ölkənin ikinci ən sıxlıq bölgəsi olan Amharada davam edən qarşıdurmadan da narahat olduqlarını bildirib.

Efiopiyada federal hökumət Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların artması fonunda avqustun 4-də fövqəladə vəziyyət elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu