Afrika İttifaqı Nigerdəki üsyançı qüvvələrə müraciət edib
Afrika İttifaqı Nigerdə hərbi çevriliş edən üsyançı qüvvələrə müraciət edərək, onları Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) bir hissəsi olan qonşu ölkələrlə münaqişənin genişlənməsini dayandırmağa çağırıb.
AFN.az xəbər verir ki, müraciəti "Reuters" yayıb.
Birlik ECOWAS-ın Nigerlə sərhəd yaxınlığında qoşun yerləşdirməyə hazırlığını və təşkilatın vəziyyətlə bağlı digər qərarlarını dəstəkləyib. Onlar həmçinin beynəlxalq ictimaiyyəti həbs şəraitinin pisləşməsindən narahat olan devrilmiş prezident Mohamed Bazumun həyatını xilas etməyə çağırıblar.
Bundan əvvəl ECOWAS Nigerlə sərhəd yaxınlığında ehtiyat qoşunların yerləşdirilməsini tələb edib və Afrika İttifaqını və bütün tərəfdaş ölkələri ölkədəki vəziyyətin həlli ilə bağlı qərarlarını dəstəkləməyə çağırıb.