Aİ Nigerlə əməkdaşlığın bütün formalarını dayandırır
Aİ Nigerlə əməkdaşlığın bütün formalarını dayandırıb.
Bu barədə Avropa diplomatiyasının rəhbərinin mətbuat katibi Piter Stano bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə daxil olan ölkələrin başçılarının görüşünün nəticələrini gözləyir və devrilmiş prezident Bazumun hakimiyyətə bərpası ilə bağlı Birliyin bütün qərarlarını dəstəkləyir.
O, Nigerdəki mövcud rejimi qanunsuz adlandırıb.
Hazırda vasitəçilik səylərinin davam etdiyini deyən Stano, Aİ-nin də bu məsələdə Çinlə təmasda olduğunu bildirib.