Aİ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyini deyir
Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsi Avropa İttifaqının səlahiyyətinə aid deyil.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ Xarici siyasət departamentinin sözçüsü Peter Stano bildirib. "Biz təhlükəsizlik təşkilatı deyilik. Bu, NATO və ayrı-ayrı ölkələr üçün müzakirədir, lakin təşkilat olaraq Aİ üçün deyil" - deyə Stano bildirib.
O, qeyd edib ki, Avropa İttifaqı Ukraynanı bir sıra sahələrdə, o cümlədən hərbi sahədə, məsələn, Rusiyanın təcavüzündən qorunmaq üçün silah tədarükünü maliyyələşdirməklə dəstəkləyir. Xüsusilə təhlükəsizlik zəmanətlərinə gəlincə, “Biz onları dəstəkləyə bilərik, lakin Aİ-nin özü təhlükəsizlik təminatçısı deyil” deyən Peter Stano, “Bu cür təminatları təklif etmək yolları olan üzv dövlətlərin səlahiyyətindədir” - deyə fikrini yekunlaşdırıb.