Yaponiyada güclü zəlzələ bş verib


Yaponiyanın ən böyük Honsyu adasının şimalında yerləşən Aomori prefekturasının bir hissəsində ilkin olaraq 5,9 bal gücündə zəlzələ baş verib.


Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

"Sinxua" yazır ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 9:14-də qeydə alınıb və Yaponiyanın 7 ballıq intensivlik şkalası üzrə 4 bala çatıb.

Zəlzələnin episentri Aomori yaxınlığında, koordinatları 41,2 dərəcə şimal eni və 142,9 dərəcə şərq uzunluğu olan bir nöqtədə yerləşib. Mənbə 20 km dərinlikdə yerləşirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu