Rusiya sülhməramlılarının nəzarəti altında erməni separatçıların təxribat hazırlığı - VİDEO


Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş texnikasının kaponirləri müşahidə edilir.



AFN.az oxu.az-a istinadən xəbər verir ki, qanunsuz erməni silahlı qruplaşmaları döyüş texnikasını maskalamaq üçün mühəndis işlərini davam etdirirlər.

Qeyd edək ki, bir qədər öncə qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplaması, burada atəş mövqeləri hazırlasını əks etdirən görüntülər paylaşılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu