Salatın Əsgərovanın oğlu ASCO-nu məhkəməyə verib?


Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb. Sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir.



AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi məlumat yayıb.

"Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz", - məlumatda qeyd olunub.

C.Əsgərov AFN.az-a açıqlamasında deyib ki, belə bir məlumatın yayılması ona təəccüblü gəlir: "Mən ASCO-da uzun illər əvvəl çalışmışam, hazırda isə özümün jurnalist fəaliyyətimi davam etdirirəm. Rusdilli "Vestnik.az" saytımı işlədirəm, eyni zamanda Milli Sorğu Mərkəzi mənə məxsusdur. ASCO ilə bağlı heç bir məhkəmə iddiam yoxdur, olmayıb. Ola bilsin ki, təsadüfən ad-soyad eyniliyi olub və bu xəbər belə yaranıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu