Liviyada iki gündür davam edən qarşıdurmalarda 55 nəfər ölüb


Liviyada atəşkəsdən əvvəl baş verən qarşıdurmalarda ölənlərin sayının 55-ə yüksəldiyi açıqlanıb.


Dövlətə bağlı İlk Yardım və Dəstək Mərkəzi Tripolidə ötən bazar ertəsi başlayan iki günlük qarşıdurmada ölən və yaralananların son sayını açıqlayıb.

Mərkəzdən verilən açıqlamada qarşıdurmalarda 55 nəfərin həyatını itirdiyi, 146 nəfərin yaralandığı bildirilib. Eyni mərkəzdən dünən verilən açıqlamada ölənlərin sayının 27, yaralıların sayının isə 106 olduğu deyilir.

Ölənlərin dinc sakinlər, yoxsa qarşıdurma qüvvələri tərəfindən olub-olmadığı hələlik açıqlanmayıb.

Qeyd edək ki, münaqişə tərəfləri dünən atəşkəslə bağlı razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu