Borrell Gürcüstan Prezidenti ilə Aİ-yə inteqrasiyanı müzakirə edib


Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

AFN.az xəbər verir ki, bu barədə Borrell "Twitter" hesabında bildirib.

Borrell bildirib ki, görüş zamanı xanım Zurabişvili ilə Gürcüstanın Aİ-yə inteqrasiyası və regional təhlükəsizlik vəziyyəti barədə müzakirə aparıblar.

"Gürcüstan bizim güclü tərəfdaşımızdır. Biz Gürcüstanın Aİ gələcəyinə doğru irəliləyiş üçün birlikdə çalışan güclü institutları dəstəkləyirik", Borrell qeyd edib.

Qeyd edək ki, görüş Borrellin Tbilisiyə səfəri çərçivəsində baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu