Tonqa vulkanının partlaması tarixdə ən sürətli sualtı cərəyanlara səbəb olub
Böyük Britaniya və Yeni Zelandiyadan olan beynəlxalq alimlər qrupu 2022-ci ilin yanvarında Hunqa Tonqa-Hunqa Ha'apai adaları yaxınlığında dənizaltı vulkanın kütləvi püskürməsinin indiyə qədər qeydə alınan ən sürətli okean axınlarını yaratdığını müəyyən edib.
Tədqiqat “Science” elmi jurnalında dərc olunub.
Vulkanın partlaması nəticəsində daş, kül və qaz axınları 122 km/saat sürətlə dənizin dibinə səpələnib. Vulkanoloqlar kataklizm nəticəsində zədələnmiş sualtı kabelin zədələnmə vaxtı və yeri haqqında məlumatlardan istifadə etməklə onların hərəkət dinamikasını hesablayıblar.
Alimlər həmçinin müəyyən ediblər ki, Hunqa Tonqa-Hunqa Haapai püskürməsi atmosferə 57 km rekord hündürlükdə dağıntılar atıb və ayrılan enerji yüzlərlə atom bombasının eyni vaxtda partlaması ilə müqayisə oluna bilər.