Pentaqon UFO xəritəsini dərc etdi: Sıxlıqda üç bölgə var


UFO və yadplanetlilər müzakirələri tam sürətlə davam edərkən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) gizli sənədlərin dərc ediləcəyi internet saytının keçən avqustun 30-da açıldığını açıqlayıb. Dünyada ən çox UFO müşahidələrinin xəritədə göstərildiyi saytda bu mövzuda bildirişlər də qəbul ediləcək.

Keçən il ABŞ Konqresində 54 ildə UFO-larla bağlı ilk ictimai sessiyadan sonra dünyadan kənar həyatın müzakirəsi gündəmin əsas bəndlərindən birinə çevrilib.

Bu kontekstdə aparılan araşdırmaların əhəmiyyətli bir hissəsi hələ də məxfi olsa da, ABŞ hökuməti əlində olan bəzi məlumatları ictimaiyyətlə paylaşmağa başlayıb. Mövzu ilə bağlı son açıqlama ABŞ Müdafiə Nazirliyindən gəlib.

Pentaqon dərc etdiyi xəritədə dünyada naməlum uçan obyektlərin ən çox görüldüyü nöqtələri paylaşıb. “Naməlum anomal fenomen” (UAP) adlanan “naməlum uçan obyektlər” (UFO) haqqında rəsmi məxfilikdən çıxarılan məlumatlar nazirlik tərəfindən yaradılmış yeni internet saytı vasitəsilə ictimaiyyətlə paylaşılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu