Almaniyada işləmək istəyənlərin nəzərinə! 2500 avro...


Almaniyada bərpa olunan enerjiyə keçid haqqında qanun parlament tərəfindən qəbul edilib. Buna görə də 2026-cı ildən sonra evlərdə istifadə edilən istilik sistemlərinin 65 faizi mərhələli şəkildə yenilənəcək. Mənzillərdə istilik nasosu və günəş paneli ilə işləyən sistemlər quraşdırılacaq. Yəni bütün istilik sistemləri, borular, radiatorlar dəyişəcək. Bunun üçün ölkədə 60 min işçiyə ehtiyac var.



AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyaya gedib ayda 2500 avro qazanmaq üçün insanların ən azı A2 səviyyəsində alman dilini bilməsi şərtdir.

Hazırda Almaniyada bu işlərlə məşğul olan təxminən 50 min alman şirkəti var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu