Dövlətin Hollandiyadakı müsəlmanları və islami qurumları gizli şəkildə araşdırdığı ortaya çıxıb


Hollandiyada dövlətin son illərdə müsəlmanları, İslami qurumları və şəbəkələri gizli şəkildə araşdırdığı müəyyən edilib.


Hollandiyanın sosial məsələlər və əmək naziri Karien van Gennip Nümayəndələr Palatasına ünvanladığı məktubunda qeyd edib ki, ötən illərdə Sosial Məsələlər və Əmək Nazirliyinin fərdlər, qurumlar və şəbəkələr, ölkədə yaşayan müsəlman icmaları üzrə elan edilməmiş araşdırmalar apardığı müəyyən edilib.

Məktubda Van Gennip ölkədə yaşayan müsəlmanlar və islami qurumların gizli şəkildə araşdırılmasından təəssüfləndiyini və bundan gələcək üçün dərs aldığını bildirib.

Nazirliyin fərdlər və qurumlarla bağlı araşdırmalarının şəffaf aparılmadığını vurğulayan van Gennip əsaslı əsas və hüquqi əsas olmadan şəxslər və ya qurumlar üzərində araşdırma aparılmasını qətiyyətlə rədd etdiyini qeyd edib.

Van Gennip bəzi araşdırmalar üçün kənar ekspertlərin təyin edildiyini bildirərək, bəzi araşdırmalarda şəxsi məlumatların işləndiyini və Nazirliyin bu iş üçün şəxsi məlumatların işlənməsi üçün heç bir hüquqi əsasının olmadığını diqqətə çatdırıb.

Toplanmış şəxsi məlumatların 1 aprel 2024-cü il tarixindən etibarən məhv ediləcəyini qeyd edən van Gennip, məlumatlarının Nazirliyin faylında işlənilib-işlənmədiyini öyrənmək istəyənlərin qurumları ilə şəxsən əlaqə saxlaya biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu