Putin Çini "birqütblü hegemonluğa müqavimət göstərməyə" çağırıb


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın rəhbərlik etdiyi G7 ölkələrinin Ukraynadakı müharibəyə görə Moskvaya təzyiqlərini artırdığı bir vaxtda Çini “birqütblü hegemonluğa müqavimət göstərməyə” çağırıb.


Rusiya lideri Birləşmiş Millətlər Təşkilatının 78-ci iclası çərçivəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələrin davam etdiyi günlərdə Sankt-Peterburqda Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmələri üçün ölkəsinə səfər edən Çinin xarici işlər naziri Van Yi ilə görüşüb.

Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Putin görüş zamanı "birqütblü hegemonluğa və düşərgələr arası qarşıdurmaya müqavimət göstərməyə" çağırıb və "strateji əməkdaşlığın dərinləşdirilməsi" mesajını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu