Vitali Balasanyan azərbaycanlı olmaq istəyir
![](/uploads/posts/2023-09/1695643912_2bf9ef28c0a21733d7d6bb5ba1dd51fb.jpg)
Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil.
Bu barədə o, erməni mətbuatına danışıb.
“Mən 1959-cu il martın 5-də səhər saat 08:00-da Qarabağda anadan olmuşam. Hələ də burada yaşayıram və burada yaşamağa davam edəcəm”, - deyə Balasanyan bildirib.
Azərbaycanın Qarabağ bölgəsini tərk edən hərbçilərə, keçmiş məmurlara və sadə vətəndaşlara gəlincə, Balasanyan bunları əlavə edib: “İndi bu barədə danışmayaq, qoy hər kəs özü qərar versin. Hər kəs harada yaşayacağına özü qərar verir”.