Vitali Balasanyanın hansı iş üzrə dindirildiyi məlum olub
Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı dindirib.
AFN.az xəbər verir ki, V.Balasanyan polkovnik Norayr Aslanyanın cinayət işi ilə bağlı dindirilib.
Qeyd edək ki, N.Aslanyan 5 aydır həbsdədir.
O, qanunsuz silah dövriyyəsində ittiham olunur.