İrəvanda “qarabağlı ermənilərlə” dava başladı: “Sizə borclu deyilik”
Qarabağdan ermənilərin Ermənistana qayıtması artıq sosioloji-psixoloji qarşıdurmalara yol açıb.
İrəvanda küçənin ortasında “qarabağlı erməni” davası baş verir.
Erməni şərhçi Tevos Arşakyan yazır ki, Qarabağdan qayıdan ermənilər Ermənistan sakinlərini xəyanətdə ittiham edir, küçənin ortasında onları təhqir edir, eləcə də qarşılıqlı təhqirlər irəli sürülür: “Dünən mən öz gözlərimlə şahid oldum. Ağdərədən gəlmiş bir qadın İrəvanda qulaqcıqla mahnı dinləyən gənc qızı aqressiv şəkildə söydü, bildirdi ki, “sən burda kef edirsən, biz isə əziyyət çəkirik”. Qız isə ona cavab olaraq orta barmağını göstərdi. Qarabağdan gələn bəzi kişilər isə özlərini daha həyasız aparır, onlar Paşinyan və Ermənistan ordusu haqqında təhqirlər səsləndirir, bəziləri açıq-aşkar söyüş söyür. Artıq yemək, ev davaları başlayıb, bildirirlər ki, “Ermənistan onları tək qoyduğu üçün gəliblər və onları yedizdirməyə, evlə təmin etməyə borcluyuq”. “Qarabağ erməniləri” ilə Ermənistan erməniləri arasında parçalanma, qarşıdurma açıq-aşkar hiss olunur”.
O, Qarabağdan Ermənistana qayıdan ermənilərə “bir az yavaşlayın” deyə müraciət edib.
“Nə mənim, nə də Ermənistanın digər vətəndaşlarının sizə heç bir borcu yoxdur. Döyüşə, işləyə bilən minlərlə kişi qaçıb Ermənistana gəldi. Qorxaq kimi qaçdılar. Bizi nədə ittiham edirsiniz? Sizin üçün döyüşdük və öldük. Yerablura (müharibədə məhv edilən erməni hərbçilərin basdırıldığı yer-red) gedin və öz gözlərinizlə görün. Bizim Ermənistanı itirməyə haqqımız yoxdur, biz öz suverenliyimizi Qarabağa görə itirə bilmərik”, - o bildirib.
Arşakyan qarşıdurmanın sosial şəbəkələrdə daha kəskin xarakter aldığını vurğulayıb.//Publika.az