Erməni terror təşkilatı VOMA uşaqları döyüşməyə çağırır


Erməni terror təşkilatı VOMA-nın uşaqları təşkilata cəlb etmək cəhdləri sosial şəbəkələrdə tez-tez işıqlandırılır. Təşkilatın internet saytlarında uşaqlar silah və müharibədən istifadə etməyə təşviq edilir.


Roma nizamnaməsini təsdiq edən İrəvan rəhbərliyinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına zidd olan bu təşəbbüslərə qarşı addım atıb-atmayacağı maraq doğurur.

Onlar terroru təşviq edir və uşaqlara gənc yaşda silah öyrədirlər. Günahsız uşaqları terror təşkilatına cəlb etmək üçün kampaniyalar aparır, çağırışlar edirlər.

Erməni terror təşkilatı VOMA-nın uşaqlara mina təhsili çağırışı da reaksiyalara səbəb olub.

Təşkilatın sosial media hesablarında erməni uşaq və gəncləri minaatan təlimi üçün öz düşərgələrinə dəvət etməsi müzakirələrə yol açıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsi iştirakçı dövlətlərin üzərinə uşaqları silahlandırmamaq öhdəliyi qoyur.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiqlədiyini açıqlayan İrəvan rəhbərliyinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına əməl edib-etməyəcəyi maraq doğurur.

Bundan əvvəl dünyaca məşhur moda brendinin siması olan erməni model Armine Harutunyan sözügedən terror təşkilatına qoşulduğunu açıqlamışdı.

Harutunyan verdiyi açıqlamalarla Azərbaycana qarşı hücum planlaşdırdıqlarına işarə etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu