İsrail döyüş təyyarələri Qəzzada İslam Universitetini bombalayıb

İsrail ordusu Qəzza zolağında İslam Universitetinə hava hücumu həyata keçirib.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İslam Universitetinin şəhərciyindəki binalar İsrail döyüş təyyarələrinin intensiv bombardmanları nəticəsində dağıdılıb.
Xəbərdə hücumlar nəticəsində dağıntıya çevrilən əraziyə heç kimin girə bilməyəcəyi bildirilib.